Polis mayoru piyadanı öldürüb hadisə yerindən qaçdı 15 Oktyabr 2015 01:00 Hadisə Bu gün gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlik qızı Soltanova naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb. Piyadanı vuran sürücünün də kimliyi müəyyənləşib. Hadisəni törədən şəxs Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir APA . / Teqlər : #Polis mayoru piyadanı öldürüb hadisə yerindən qaçdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 23 yaşlı oğlan 16-cı mərtəbədən özünü atmaq istəyib Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb