Polis rəisinin oğlu adam öldürdü 18 Avqust 2014 01:00 Ölkə Avqustun 16-sı gecə radələrində DİN Mühafizə Baş İdarəsinin Şabran bölməsinin əməkdaşı Vahab Əlibəy oğlu polis serjantı içkili vəziyyətdə yol qəzası törədib. Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, biri yaralanıb. Ölən şəxs rayonun Sincanboyad kənd sakinidir. Məlumatda deyilir ki, polis əməkdaşı artıq həbs edilərək istintaqa təhvil verilib. Onun Şabran Rayon İcra Hakimiyyətində mühafizə polisi işlədiyi qeyd edilir. Onun artıq işindən azad edildiyi qeyd olunurhellip; Polis serjantının atası uzun müddət polis rəisi vəzifəsində çalışıb, hazırda isə Nəqliyyatda Polis Baş İdarəsinin Xudat dəmiryol stansiyasının polis rəisidir. Teqlər : #Polis rəisinin oğlu adam öldürdü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `İstanbul Əhəd` məscidinə qumbaratandan atəş açıldı (Video) Abid Şərifov: “Bakının “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı təkliflər hazırlanacaq”