`İstanbul Əhəd` məscidinə qumbaratandan atəş açıldı (Video)

Ukraynadakı "İstanbul Əhəd" məscidinə qumbaratandan atəş açılıb
 
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ukraynanın Donetsk şəhərində hava limanına yaxın 1999-cu ildə inşa edilən "İstanbul Əhəd" məscidinə qumbaratandan atəş açılıb.
 
Qumbaraatan mərmisi qübbəni deşərək partlayıb.
 
İyun ayında bağlanan məsciddə insan olmadığından həyatını itirən və ya yaralanan da olmayıb.
 
Hücumun kimlər tərəfindən həyata keçirildiyi də qeyd edilmir.
 
Məscidin tatar iş adamı Əhəd Bragin tərəfindən inşa edildiyi önə çəkilir. /

Google+ WhatsApp ok.ru