Polis robot iş başında

Polis robot iş başında

Uzun müddət müqavimət göstərən təcavüzkarlar qarşısında insan həyatını təhlükəyə atmaq istəməyən polislər cinayətkarı saxlamaq üçün bu işi robata tapşırıb.
 
Maide.Az  bildirir ki,  ötən həftə Amerikanın Los Anceles şəhərində "Brock Ray Bunge" adlı cinayətkar əlində tüfənglə yaxınlıqdakı məhəlləyə qaçıb və bu zaman Los Angeles polis departamenti tərəfindən təqib edilib.
 
Təcavüzkarı həbs etmək üçün polis robotundan istifadə olunub. Robot onun silahını əlindən almağı bacarıb.
 
Polis 300 min dollar dəyərində olan Andros adlı robotdan ilk dəfə istifadə edib.
 
Robot cinayətkarın üstünə göndərilməmişdən öncə polis müxtəlif  təhlükəsizlik tədbirləri görüb. Bundan sonra robot barrikadaları aşaraq cinayətkarın silahını alıb.(gizmodo.in)

Google+ WhatsApp ok.ru