Prezidentlər ABŞ-da görüşəcək

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəklər.
 
ANS PRESS-in məlumatına görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacaq və bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.
 
Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar. /
 

Google+ WhatsApp ok.ru