Putin: `ABŞ Rusiyada prezident seçkilərinə müdaxilə edib`

Putin: `ABŞ Rusiyada prezident seçkilərinə müdaxilə edib`

Rusiya prezidenti Vladimir Putin ABŞ-nın Rusiyada keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyini bildirib.
 
Bu barədə o, amerilkalı rejissor Oliver Stouna verdiyi müsahibəsində danışıb. V. Putin ABŞ-nın Rusiyada keçirilən prezident seçkilərinə daim müdaxilə etdiyini və 2012-ci ildə bunun daha aqressiv hal aldığını söyləyib: “Həm 2000-ci, həm də 2012-ci illərdə bunlar baş verib. 2012-ci ildə bu, xüsusilə aqressiv şəkildə olub“.
 
Rusiya prezidentinin sözlərinə görə, bu məqsədlə ABŞ Rusiyadakı diplomatlarından istifadə edib: “Bizim amerikalı tərəfdaşlarımız bu barədə xəbərdardır. Mən Con Kerri və Barak Obamaya bunu demişəm. Biz heç təsəvvürümüzə gətirə bilməzdik ki, diplomatik işçilər Rusiyanın daxilində seçkiqabağı kampaniyaya aqressiv şəkildə qoşulacaq. Onlar müxalif qüvvələri toplayır, maliyyələşdirir və müxalifətin mitinqlərinə gedirdilər. Halbuki diplomatik xidmət başqa işlə məşğul olmalıdır".(apa) /
 

Google+ WhatsApp ok.ru