Putin bu gün Krıma gedir

Rusiya Prezidenti Vladimir Putinin bu gün Krıma səfər edəcəyi açıqlanıb.
 
Putin səfəri zamanı Krlml Rusiyaya bağlayan Kerç boğazı üzərindəki körpünün tikinti işlərinə nəzarət edəcək.
 
Əlavə olaraq Rusiya lider Krım və Sevastopolun sosial-iqtisadi inkişafı mövzusunda toplantıya da qatılacaq.
 
Kerç boğazı üzərində körpü tikintisi qərarı 18 fevral 2016-ci ildə verilib və bu tarixdən dərhal sonra körpü tikintisinin təməlatma işlərinə başlanmışdı.
 
2014-ci ildə Rusiya tərəfindən ilhaq edilən Krım yarımadası nəqliyyat, su və elektrik təminatı məsələsində ciddi problemlər yaşayır.

 

Google+ WhatsApp ok.ru