Putin ilk dəfə məxfi kabinetini jurnalistlərə göstərdi- VİDEO

Putin ilk dəfə məxfi kabinetini jurnalistlərə göstərdi- VİDEO

Rusiya Prezidenti Vladimir Putin özünün gizli kabinetini "Rossiya1" telekanalının jurnalistlərinə göstərib.
 
Qeyd edilir ki, dövlət başçısı müsahibənin çəkilişləri zamanı çəkiliş qrupunu məxfi yerə dəvət edib.
 
"Amma sizi xəbərdarlıq edirəm - mən orada heç nə hazırlamamışam, buna görə orada.. iş atmosferi", - Putin deyib. 
 
Rusiya prezidenti qeyd edib ki, içəridə ictimai görüşlər keçirmir. Orada yemək və istirahət otaqları var.
 
Kabinetin interyeri işıqlıdır, divarda imperator I Pyotrun portreti asılıb, iş stolunun yanında uşaq şəkilləri və prezidentə hədiyyə edilmiş əşyalar var.
 

Google+ WhatsApp ok.ru