Putin Krımda əlahiddə ordu yaradır

Ukraynada ilhaq etdiyi Krımda Rusiya tərəfindən əlahiddə hərbi birləşmə yaradılır. 
 
Bu barədə Rusiya prezidenti Vladimir Putin Krıma səfəri zamanı Yalta şəhərində keçirdiyi toplantıda deyib. 
 
O bildirib ki, artıq Rusiya Müdafiə Nazirliyi bununla bağlı müvafiq proqram hazırlayıb: “Nazirlik Krım əlahiddə hərbi birləşməsinin formalaşması məqsədilə müvafiq addımlar həyata keçirir. Proqram böyük xərc tələb etmir və silahlanma mövcud imkanlar istifadə etməklə həyata keçiriləcək”. 
 
V. Putin əlavə edib ki, Moskva silahlanma ilə məşğul olmur, sadəcə öz Silahlı Qüvvələrinin müasir tələblərə cavab vermək üçün inkişafına çalışır. 

Google+ WhatsApp ok.ru