Putin on generalı istefaya göndərib 11 Fevral 2016 02:00 Dünya Rusiya prezidenti Vladimir Putin müxtəlif güc strukturlarında xidmət edən on generalı vəzifəsindən azad edib. Prezidentin fərmanı Rusiyanın hüquq portalında yerləşdirilib. Vəzifədən azad edilənlər arasında İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İdarəsinin rəisi Sergey Devyatov, İstintaq Komitəsinin paytaxt idarəsinin rəhbərinin müavini Aleksey Zyazev və Fövqəladə Hallar Nazirliyinin Aparat rəhbəri Robert Kireyev də var. Həmçinin Daxili İşlər Nazirliyi və Narkotik Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin bəzi əməkdaşları vəzifələrindən azad ediliblər. Eyni fərmanla Putin Vladislav Qorkavtsevi Daxili İşlər Nazirliyinin Antikorrupsiya İdarəsinə rəis müavini, İvan Telenkovu isə Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin Moskva idarəsinin rəhbəri təyin edib. Teqlər : #Putin on generalı istefaya göndərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Egeydə Yunanıstanın hərbi vertolyotu qəzaya uğrayıb Qiymətlər durmadan bahalaşır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO