Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb

Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb

-- Qəzzanın 53 faizi yoxsulluq içində yaşayır

2006-cı ildə sionist İsrailin rejiminin blokadasında olan Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb.

Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu barədə Fələstin Mərkəzi Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, 2 milyon nəfərə yaxın əhalisi olan Qəzzanın 53 faizi yoxsulluq içində yaşayır.

Bu isə 2011-ci ilə nisbətən 13 faiz artdığını göstərir. Əhalinin gəlirlərinin azalması ticarət sektorunu da çökdürüb.

Artıq ticarət dəhlizi kimi Qəzzanı istifadə edənlər demək olar ki, qalmayıb.

Bundan başqa, Qəzzanın yeganə əlaqəsinin qaldığı Rəfah Sərhəd Qapısının Misir tərəfindən tez-tez bağlanılması da əlavə çətinliklər yaradır. Həmçinin, elektrik enerjisinin fasilələrlə verilməsinə görə emalatxanaların da fəaliyyəti ya qismən, ya da tam dayanıb.

Hazırda şəhərdə işsizlik göstəricisi 44 faizdir. Bu da 2015-ci ilə nisbətən 6 faiz artıb.

 

Google+ WhatsApp ok.ru