Qəzzada ölü sayı 53-ə çatdı (FOTO)

İsrail rejimi qurudan Qəzzaya girməyə hazırlaşır

İsrail rejiminin Qəzzaya qarşı apardığı əməliyyatlar bu gecə də davam edir. İsrail rejiminin bazar ertəsindən bu yana başlatdığı "Uçuruma qarşı" adlı qətliam əməliyyatları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
 
Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl-Kudranın sözlərinə görə, yaralıların sayı 479 nəfərə yüksəlib. Yalnız 21 nəfərin bu gecə endirilən aviazərbələr nəticəsində həyatını itirdiyi bildirilir.
 
Ümumilikdə rejim indiyə qədər Qəzzaya 630 zərbə endirib. Hadisələr 3 yəhudinin öldürülməsi bəhanəsi ilə başlayıb. İlk olaraq İsrail rejimi hərbçiləri 16 yaşlı fələstinlini oğurlayıb, daha sonra onun meyidi yandırılmış vəziyyətdə tapılıb.
 
İsrail rejiminin əməliyyatlara başlamasının əsas səbəbi isə Fələstinin Fəth və HƏMAS təşkilatlarının vahid hökumətin qurulması ilə bağlı razılığa gəlməsi olub. Artıq bir çox dövlət və təşkilatlar, o cümlədən Rusiya, Türkiyə, ABŞ, Ərəb Liqası bu qətliamı dayandırmağa çağırıb. Ərəb ölkələri təcili Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasını toplanmağa çağırıb. Rejimin qaniçər prezidenti Şimon Peres isə, bu saatlarda etdiyi açıqlamasında Qəzzaya qurudan girməyə hazırlaşdıqlarını bildirib.
 
Bu saatlarda Fələstinin HƏMAS hərəkatının lideri Xalid Məşəl də çıxış edib. O bildirib ki, onlar Fələstinin müstəqilliyi naminə son damla qana qədər döyüşməyə hazırdırlar: "Bu müharibəni biz seçmədik. Müharibənin olmaması üçün hər yerə, BMT-yə, Avropa Birliyinə belə müraciət etdik. Amma olmadı. İsrail rejimi bizim vahid hökumət qurmağımızdan narahat oldu. Bu rahatsızlıq o həddə qədər çatdı ki, 16 yaşlı uşağa benzin içirdərək onu yandırdılar.
 
Artıq gözləməyəcəyik. Keçən iki müharibədə olduğu kimi, bu müharibədə də qalib olacayıq. Müqavimət göstərmək, özümüzü müdafiə etmək artıq vacib oldu."
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru