Qəzza qan içində: 884 şəhid, 5840 yaralı

12 saatlıq atəşkəs haqda razılıq əldə olunub

Sionist rejimin qırıcı bombardmançı təyyarələri Qəzza zolağına qarşı hərbi təcavüzkarlığın 19-cu günündə bu gün şənbə ( 26 iyul ) səhər saatlarında  zolağının müxtəlif bölgələrino bombardman ediblər , sionistlərin yə qarşı vəhşicəsinə hücumları nəticəsində şəhid olanların sayı indiyə qədər 884 , yaralıların sayı isə 5840 nəfərə çatıb.

Maide.az-ın İRİNN kanalına istinadən məlumatına görə, HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri ötən axşam elan edib ki, BMT-nin vasitəçiliyi ilə 12 saatlıq atəşkəs rejimi haqda razılıq əldə olunub.

Məlumata əsasən, İsrail tərəfi də 12 saatlıq atəşkəs rejimi ilə razılaşıb. Bu gün Qahirədə ABŞ və bir neçə ölkənin xarici işlər nazirlərinin iştirakı ilə atəşkəs rejimi haqda danışıqlar aparılacaq. /

Google+ WhatsApp ok.ru