Qəzzədə ölənlərin sayı 900-ə yüksəldi

Müvəqqəti atəşkəsin başladığı ana qədər İsrail hücumlarında ən azı 900 nəfərin öldürüldüyü bildirilir.
 
Maide.az-ın məlumatına görə, Dr.Əşrəf əl-Kudra İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 250-si uşaq, 102-si qadın olmaqla ən azı 900 nəfərin öldürüldüyünü, 6 min nəfərin isə yaralandığını deyib.
 
Kudra İsrailin bu gün yerli vaxtla saat 07.00-a qədər təşkil etdiyi hücumlarda 24 fələstinlinin öldüyünü, təxminən 100 nəfərin yaralandığını söyləyib.  
 
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda dağılan ev sayının 1825-ə yüksəldiyi, ziyan görən 22 min 145 evdən 1560-nın istifadəyə yararsız olduğu bildirilir. 

Google+ WhatsApp ok.ru