Qəzzaya sıx hava hücumu davam edir

Sionist rejimin döyüş təyyarələrinin Qəzzaya istiqamətli sıx hava hücumlarının davam etdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, keçmiş hökumət səlahiyyətlisi Əşrəf əl-Kudra bildirib ki, İsrail rejiminin son üç saatda Qəzza zolağına etdiyi sıx hava hücumlarının əsas hədəfi əkinçilik əraziləri, məskunlaşma vahidləri və bir məscid olub.
 
Kudra İsrail qırıcılarının Qəzzanın şimalında olan Cibaliya diyarındakı məskunlaşma yerlərinə qarşı hücumlarında eyni ailədən 12 nəfərin yaralandığını, cənubda hədəf alınan fərqli nöqtələrdə də 8 nəfərin yaralandığını deyib.
 
Şahidlərin məlumatına görə də İsrail təyyarələri Qəzza zolağının bir çox fərqli nöqtəsinə 40-dan çox hava hücumu təşkil edib. Hücumlarda hədəf alınan 11 ev və bir məscid tamamilə dağıdılıb. Sözügedən yerlərin ətrafındakı binalar və iş yerləri də böyük zərər görüb.
 
Səhiyyə Nazirliyinin məlumatlarına görə, İsrailin 7 iyuldan bu yana davam edən hücumlarında indiyə qədər 2 min 121 nəfər şəhid olub, 10 min 890 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru