Qəzzada uçan xəyallar (VİDEO)

Sionist İsrail rejiminin Qəzzaya istiqamətli hücumlarında evi bombalanan fələstinli yeni nişanlanmış gənclər xəyallarıyla birlikdə dağıntıya dönən yuvalarından ayrıla bilmir.               
 
Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İsrailin 51 gün boyunca Qəzzaya təşkil etdiyi hücumlarında dağıtdığı "Zəfər Qülləsi" adlı binada yaşamaq üçün aldıqları evləri də yox olan Fələstinli nişanlı gənclər xəyallarını böyük ümidlərlə qurduqları evin dağıntısında axtarır.
 
Məhəmməd Əbu Asakir və nişanlısı Əsma Xəlifənin muradlarına çatmaq üçün böyük diqqətlə hazırladıqları evlərindən telefonla çəkdikləri fotolardan başqa heç nə qalmayıb. Çünki 13 mərtəbəli bina ilə birlikdə onların mənzili də tarixə çeverilib. 
 
Əsma və Məhəmməd toylarını təxirə salındıqlarını, ancaq arzularının arxasınca gedəcəklərini vurğulayaraq, "evimizi yenidən quracağıq", - deyirlər.
 
Qeyd edək ki, Qəzzaya 51 gün davam edən hücumlarda Fələstində 578-i uşaq olmaqla 2 min 147 nəfər dünyasını dəyişib, 11 mindən çox insan yaralanıb. 17 min 200 ev tamamilə dağılıb, 41 min 350 ev isə yararsız hala düşüb.

Google+ WhatsApp ok.ru