Qərb ölkələri 2500 terrorçu vətəndaşından qorxur

Avropadan İraq və Suriyaya gedən təxminən 2 min 500 avropalı İŞİD terrorçu Qərbi qorxutmağa başlayıb. 
 
İŞİD məsələsinin sıx şəkildə gündəmə gəlməsinin gözlənildiyi 4-5 sentyabr NATO Zirvəsindən əvvəl terrorçuların daha bir amerikalı jurnalisti öldürərək Qərbdə narahatlıq yaradıb. Maide.az-ın məlumatına görə, "Deutsche Welle" İraq və Suriyada Almaniya, İngiltərə, İtaliya və Fransadan gedən yüzlərlə gəncin radikallarla birlikdə döyüşdüyünü yazaraq, "təxmin edilir ki, İraq və Suriyada Avropadan gedən təxminən 2 min 500 İŞİD terrorçusu var. Avropalı siyasətçilər də Türkiyədən keçərək döyüşməyə gedən gəncləri dayandırmaq üçün çarə axtarır" deyir.
 
Avropa ölkələrinin bu mövzuda aralarındakı əməkdaşlığı inkişaf etdirməyi planlaçdırdıqlarını və ortaq bir strategiya axtarışına başladıqlarını yazan "Deutsche Welle" xəbərində Londondakı "Kings College" Beynəlxalq Radikallaşma və Siyasi Qarşıdurma Araşdırmaları Mərkəzinin başçısı Dr.Peter Neumannın fikirlərinə yer verib. Neumann gənclərin İŞİD təşkilatına qatılmaq üçün niyə Suriya və İraqa getdiklərini söyləyir. 
 
İŞİD-in necə zəiflədilə biləcəyinə dair müzakirələrin sürətlə davam etdiyi ABŞ-da terrorçuların Türkiyədən Suriyaya keçidlərinin dayandırılması ən çox üzərindən durulan mövzulardan biri halına gəlib. "New York Times" qəzeti ABŞ-ın İŞİD-ə qarşı hücumlarını genişləndirməyi qiymətləndirərkən səlahiyyətlilərin Suriya rəhbərliyinin gücləndirilməsinə dair "dərin qayğıları" olduğunu, ancaq prezident Bəşar Əsədin iqtidarını qorumasına yardlmçı olmadan İŞİD-i zəiflətmək yollarını axtardıqlarını yazır.

Google+ WhatsApp ok.ru