Qəbələdə 5 bal gücündə zəlzələ baş verib

Bu gün səhər Qəbələ rayonunda zəlzələ baş verib.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:59:33-də Qəbələdən 13 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın dərinliyi 5 km olub.
 
Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında  4-3 bala qədər hiss olunub

Google+ WhatsApp ok.ru