Qəzzə əhalisi Məscidül-Əqsaya dəstək və həmrəylik aksiyası keçirib

Qəzza əhalisi Sionist rejimin Qüds şərif və Məscidül-Əqsaya etdiyi hörmətsizliyi və təcavüzlərinə etiraz olaraq aksiya keçirib.
Maide.az-ın  Livanın Əl-Minar telekanalına istinadən məlumatına görə,  Qəzzada  yaşayan fələstinlilər Məscidül-Əqsaya dəstək  və  həmrəylik məqsədi ilə bu aksiyanı keçiriblər. Həmrəylik aksiyası Fəth və Həmas hərəkatının üzvləri və Qəzza əhalisinin aktiv iştirakı ilə keçirilib . Hər iki hərəkatın üzvləri Qüds məsələsinin vacibliyini nəzərə alaraq öz ixtilaflarını kənara qoyub və  digər fələstinli qruplarla birlikdə Sionist rejimin Qüds və Məscidül-Əqsaya qarşı təcavüzlərinə etiraz olaraq aksiya keçiriblər.
Həmas hərəkatının üzvlərindən olan " Sami Əbu-Zəhri " deyib : Qüds məsələsi , Fələstin və İslam ümmətinin ürəyini ağırdan məsələdir və Məscidül-Əqsanı himayə etməkdə heç bir səyi əsirgəməyəcəyik.
Fəth hərəkatının üzvlərindən olan " Faiz Əb Əytə " də deyib : Qüds məsələsi fələstinli qrupların vahid mövqe tutmalarını tələb edir.//
 

Google+ WhatsApp ok.ru