Qəzzada evləri dağılan fələstinlilər BMT-nin binası qarşısında aksiya keçirdilər

Qərarın ləğv edilməsi fələstinlilərin hiddətinə səbəb olub
İslamazeri.az-ın "Fələstin" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, dünən işğalçı İsrail ordusunun Qəzza şəhərinə təşkil etdiyi hücumlar zamanı evləri dağılan onlarla sakin BMT-nin Qəzza şəhərindəki binası önündə toplanaraq, BMT-nin Fələstinli Mühacirlərə Kömək və İş Təşkilatının maliyyə yardımlarını ləğv etmə qərarına etiraz ediblər.
 
Etirazçılar bina önündəki avtomobillərə xəsarət yetirərək, təhlükəsizlik kameralarını sındırıblar. Onlardan bir neçəsi binaya daxil olaraq içəridəki əşyalara zərər yetirib. Təhlükəsizlik gücləri ilə etirazçılar arasında güclü qarşıdurma yaşanıb. Nümayişin dağıdılmasına çevik polis alayı da qatılıb. /
 

Google+ WhatsApp ok.ru