Qətər İraqa yeni səfir göndərib – 25 ildən sonra

Qətər 25 illik fasilədən sonra İraqa yeni səfir göndərib və öz səfirliyinin Bağdadda fəaliyyətini bərpa edib. 
Maide.az xəbər verir ki,  Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani İraqa yeni səfir kimi Zayid Əl-Xiyarini təyin edib. 
Qeyd edək ki, Qətərin İraqa səfir göndərməsi onu göstərir ki, Fars Körfəzi ölkələri ilə İraq arasındakı buzlar ərimək üzrədir. Fars Körfəzi ölkələri ilə İraq arasındakı gərginlik ötən il Heydər Əl-İbadi hökümətinin təşkilindən sonra azalmağa başlayıb.  Səudiyyə Ərəbistan da bundan öncə elan etmişdi ki, Bağdadda öz səfirliyini açacaq.  Heydər Əl-İbadinin sələfi Nuri əl-Maliki hökuməti Qətər və Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasına maliyyə yardım etməkdə günahlandırırdı.   
İXatırladaq ki, raq və Qətər arasında diplomatik əlaqələr Səddam Hüseyn rejiminin Küveytə hücumundan sonra kəsilmişdi. /
 

Google+ WhatsApp ok.ru