Qəzzada günəş enerjisiylə işləyən maşın istehsal olundu

Qəzzada günəş enerjisiylə işləyən maşın istehsal olundu

 
Sionist İsrail rejiminin təxminən 10 ildir blokadada saxladığı Qəzzada günəş enerjisiylə işləyən maşın istehsal olunub.
 
Xəbər verilir ki, Qəzzadakı Əl-Əzhər Universitetinin Mühəndislik və Texnologiya fakültəsinin tələbələrindən Camal Əl-Miqdadi ilə Xalid Əl-Bərdəvil buraxılış layihələri çərçivəsində, Qəzzanın ilk günəş enerjili avtomobilini istehsal edib.
 
Miqdadi Anadolu-ya açıqlamasında, layihəni həyata keçirməkdə çox çətinliklərlə rastlaşdıqlarını bildirib: "Maşının istehsalı üçün lazım olan hissələri iqtisadi çətinliklər səbəbilə təmin edə bilmədik. Bu səbəblə köhnə maşın hissələrindən istifadə etmişik, bəzi hissələri isə özümüz hazırlamışıq".
 
Miqdadi maşını günəşdən elektrik istehsal edən panellərlə örtdüklərini və əldə etdikləri enerjini batareyalarda topladıqlarını deyib. "Bununla da 4 saat ərzində günəşə ehtiyac duymadan maşından istifadə etmək olur", - deyə o bildirib.
 
Miqdadi tək nəfərlik üçün nəzərdə tutulan avtomobilin, təxminən 2 min dollara başa gəldiyini qeyd edib.
 
Bərdəvil isə blokada altında olan Qəzzada neft qıtlığı və yanacaqdoldurma qiymətlərinin yüksək olması səbəbilə günəş enerjili maşın hazırlamağa qərara gəldiklərini deyib. Təxminən 200 kiloqram ağırlığında olan maşın, saatda 35 kilometr sürətlə hərəkət edir. (deyerler) /
 
Qəzzada günəş enerjisiylə işləyən maşın istehsal olundu
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru