Qəzza zolağında suların natəmizliyi 97 faizə çatıb

Qəzza zolağında suların natəmizliyi 97 faizə çatıb

"Bu problem xərçəng xəstəliyinin də kütləvi şəkildə yayılmasına səbəb ola bilər..."
 
Qəzza zolağında olan suların natəmizliyi 97 %-ə çatıb. Fələstinin “Şəfa” xəstəxanasının həkimlərindən olan Abdullah Qeyşavinin sözlərinə görə, Qəzzada olan suların çirkli olması səbəbilə xəstələrin sayında artım qeydə alınıb.
 
“Suyumuzun tərkibində insanın sağlamlığına ziyanlı olan maddələr mövcuddur. Bunun nəticəsində xəstələrin sayı ötən ilə nisbətdə 14 % artıb. Bu problem xərçəng xəstəliyinin də kütləvi şəkildə yayılmasına səbəb ola bilər.”, - deyə Qeyşavi bidirib. (islamazeri.az)
 

 

Google+ WhatsApp ok.ru