Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb 16 Aprel 2018 01:00 Fələstin -- Qəzzanın 53 faizi yoxsulluq içində yaşayır 2006-cı ildə sionist İsrailin rejiminin blokadasında olan Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb. Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu barədə Fələstin Mərkəzi Statistika Bürosundan məlumat verilib. Bildirilib ki, 2 milyon nəfərə yaxın əhalisi olan Qəzzanın 53 faizi yoxsulluq içində yaşayır. Bu isə 2011-ci ilə nisbətən 13 faiz artdığını göstərir. Əhalinin gəlirlərinin azalması ticarət sektorunu da çökdürüb. Artıq ticarət dəhlizi kimi Qəzzanı istifadə edənlər demək olar ki, qalmayıb. Bundan başqa, Qəzzanın yeganə əlaqəsinin qaldığı Rəfah Sərhəd Qapısının Misir tərəfindən tez-tez bağlanılması da əlavə çətinliklər yaradır. Həmçinin, elektrik enerjisinin fasilələrlə verilməsinə görə emalatxanaların da fəaliyyəti ya qismən, ya da tam dayanıb. Hazırda şəhərdə işsizlik göstəricisi 44 faizdir. Bu da 2015-ci ilə nisbətən 6 faiz artıb. Teqlər : #Qəzzada yoxsulluq həddi pik nöqtəyə çatıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionistlərin zülmü davam edir - Daha 3 fələstinli yaralandı Radikal yəhudilər məscidə hücum etdi: İsrail bayrağı asdılar
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar