Qəza səbəbindən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq 30 İyul 2018 01:00 Hadisə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45—52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14—120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumata görə, təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə Küçəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Teqlər : #Qəza səbəbindən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şimal bölgəsində əhali gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb Siyəzəndə başlayan yanğın Şabran və Quba rayonlarına keçib, heyvanlar və quşlar tələf olub