Qəzza zolağında 120-dən artıq fələstinli xəasrət aldı 24 Avqust 2019 11:13 Fələstin Ötən gün Qəzza zolağında işğal edilən ərazilərlə sərhəddə İsrail rejimi hərbçilərinin açdığı atəş nəticəsində azı 122 fələstinli xəsarət alıb. Bu barədə “Maan” xəbər agentliyi Qəzza Səhiyyə Nazirliyinə istinadən məlumat verib. Məlumata əsasən, yaralılardan 3-ü tibb işçisi daxil olmaqla, 50 nəfərində odlu silah yarası müəyyən edilib. Xatırladaq ki, ötən gün Qəzza zolağında fələstinlilər sayca 71-ci “Böyük Qayıdış Yürüşü” aksiyası keçirərək, İsrailə öz etirazlarını bildiriblər. İsrail hərbçiləri etirazçılara qarşı gözyaşardıcı qaz və odlu silahlardan istifadə edib. /eastnews.org/ Teqlər : #Qəzza,#zolağında,#120dən,#artıq,#fələstinli,#xəasrət,#aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Beynəlxalq məscid günüdür Qəzza zolağından işğal edilən ərazilərə raket zərbələri endirildi - Video