Qətərdə dövlət çevrilişinə cəhd olduğu iddia edildi

Qətərdə dövlət çevrilişinə cəhd olduğu iddia edildi

Ötən gecə Qətərdə dövlət çevrilişinə cəhd olub.

Paytaxt Dohada atışma səsləri eşidilib.   Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.   

Havaya hərbi vertolyotların qaldırıldığı diqqətə çatıdırlır.   

Məlumata əsasən, keçmiş Baş Nazir Həmad ibn Casim ibn Cabirin başçılıq etdiyi dəstə çevrilişə cəhd edib. Lakin Qətər hökumət qüvvələri bu addımın qarşısını alıb.

Digər məlumata əsasən, bir neçə gün öncə Həmad ibn Xəlifə ibn Casimin maliyyəsini kəsərək, ikinci tərəfin narazılığına səbəb olub.   Qətərdən rəsmi olaraq yayılan məlumatlara dair hələlik açıqlama verilmədiyi qeyd edilir. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru