Qanlı bazar: Dünən dünyada 280-dan çox adam terror və fəlakət qurbanı olub

Qanlı bazar: Dünən dünyada 280-dan çox adam terror və fəlakət qurbanı olub

Dekabrın 11-i dünyada baş verən terror və fəlakət qurbanlarının sayı görünməmiş həddə çatıb.
Modern.az dünən qeydə alınan həmin hadisələri təqdim edir.
 
Misir
Qahirənin mərkəzində bazar günü “Al-Butrosiya” kilsəsində əksəriyyəti qadın və uşaqların iştirtak etdiyi ibadət zamanı partlayış olub.
 
Son məlumata görə, nəticədə 28 nəfər həlak olub, 70 nəfər itkin düşmüş sayılır.
 
Şahidlərin sözlərinə görə, bombanı içəriyə qadın keçirib. O, çantanı ibadət üçün nəzərdə tutulan oturacağın yanında qoyub.
 
 
Nigeriya
 
Bazar günü daha bir partlayış Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərinin bazarında baş verib.
 
Bu zaman ən azı 3 nəfər həlak olub, 18-i yaralanıb.
 
Sakinlər isə ölənlərin sayının 9 olduğunu bildirir.
 
Mayduqurinin mülki müdafiə qüvvələrinin nümayəndəsi Abdulhakim Jabonun bildirdiyinə görə, 7-8 yaşlarına iki qız özlərini partladıb.
 
Dekabrın 9-da ölkənin şimal-şərqindəki Madaqali şəhərindəki yaşayış məntəqəsində də iki partlayış törədilib. O gün 56 nəfər ölüb.
 
Bundan başqa, Nigeriyanın cənubundakı Uyo şəhərində bu gün kilsənin damı uçub. Bu faciə zamanı ən azı 160 adam ölüb.
 
Həlak olanların sayının artacağı da istisna olunmur.
 
 
Keniya
 
Daha bir böyük qəza neft daşıyan avtomobilin iştirakı ilə Keniyada qeydə alınıb.
 
İnsident ölkənin paytaxtı Nayrobidən 80 kilometr aralıdakı şossedə baş verib.
 
Neft daşıyan maşının 14 sərnişini olan kiçik avtobusla toqquşub.
 
Nəticədə 12 nəqliyyat vasitəsi yanıb, onların arasında polisləri aparan maşın da olub.
 
Bu hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.
 
 
Somali
 
Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb.
 
Qeyd edək ki, dekabrın 11-də Moqadişoda minalanmış avtomobil partladılıb. Törədilən terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb. /
 

Google+ WhatsApp ok.ru