Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB

Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB

Qaradağ rayonunda sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
 
Maide.Az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. 
 
Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. 
 
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
 
***
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
 
"İslaminSesi.info" -nın xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib.
 
Belə ki, sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
 
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.Report
 

Google+ WhatsApp ok.ru