Qar Şamaxıda qəzalara səbəb oldu

Qar Şamaxıda qəzalara səbəb oldu

Bir müddətdir davam edən nisbətən mülayim hava şəraiti şaxta ilə əvəz olunub, bölgələrə qar yağıb.
 
Şamaxıya yagan qar yollarda çətinlik törədib. Şamaxı-Pirqulu, Şamaxı-Ağsu magistral yolu  buz örtuyunə bürünüb. Bu istiqamətdə hərəkət edən avtomobillərin sürücüləri əziyyət çəkib. Hətta bəziləri qəza törədib.
 
Rayon ərazisində qara görə 3 qəza hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.
 
Şamaxının dağlıq ərazilərdə 15-20 santimetrdən çox qar düşüb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 20-25 sm. qar yağıb.
 
Şəkidə qarın qalınlığı 7-8 sm olub. Avtomobil yollarında çətinlik olmayıb.
 
Quba Regional Hidrometrometrologiya müəssəsindən verilən məlumata görə, yanvarın 26-dan axşam saatlarından hava şəraiti dəyişib. Temperatur əvvəlki günlərlə müqayisədə 4-5 dərəcə aşağı enib. Qubada yagan qar yollara təsir etməyib. Qarın yağmasına sakinlər sevinib.
 
Belə hava şəraiti yanvarın 30-na kimi davam edəcək.
 

Google+ WhatsApp ok.ru