Qaraçuxurda kütləvi zəhərlənmə – Sakinlər sudan şübhələnir

Qaraçuxur qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisə Cəlal Qurbanov küçəsində yerləşən mənzildə və Zaur Baxışov küçəsində yerləşən yataqxanada baş verib.
 
Sakinlər zəhərlənmənin sudan baş verdiyini bildirirlər. 
 
Hadisə yerinə “Azərsu”nun və Səhiyyə Nazirliyinin məsul şəxsləri gəlib. 
 
Hadisə yerində olan “Azərsu” sədrinin müavini  Köçərli Həsənov Moderator.az-a açıqlamda araşdırma aparıldığını və hadisənin sudan baş vermədiyini bildirib. 
 
Səhiyyə Nazirliyinin əməkdaşı da Moderator.az-ın hadisə yerində olan müxbirinə deyib ki, sudan zəhərlənmə halı ola bilməz, hazırda zəhərlənmənin nədən baş verdiyi araşdırılır. /

Google+ WhatsApp ok.ru