Qardaş bacını boğub çaya atdı

Bu gün səhər saatlarında Mingəçevir şəhərində dəhşətli qətl hadisəsi baş verib. Maide.az ans-ə istinadən xəbər verir ki, Kür çayının sahilində qardaş bacısını amansızcasına öldürüb.
 
Belə ki, Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Asif Aydın oğlu Qasımov Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Qasımovailə Kür çayının kənarında görüşüblər. Onlar mübahisə ediblər.
 
Mübahisədən sonra qadın qaçmağa başlayıb. Qardaşı isə onu yaxalayıb və boğub. Qardaş bacının meyitii Kür çayına atıb.
 
Hadisə baş verərkən qadın idman paltarında olub.
 
Hadisədən sonra Asif Qasımov könüllü olaraq polisə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib.
 
Qeyd edək ki, Ruhiyyə Qasımova iki dəfə ailəli olub. Onun bir oğlu olub. Onun sonunca həyat yoldaşı özündən çox yaşlı olub.
 
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru