Qar uçqunu nəticəsində hərbi qulluqçu həlak olub

Qar uçqunu nəticəsində hərbi qulluqçu həlak olub

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
 
Bu barədə Maide.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir. /

Google+ WhatsApp ok.ru