Qar və havanın şaxtalı olmasına görə 27 uşaq həyatını itirib - Əfqanıstanda

Qar və havanın şaxtalı olmasına görə 27 uşaq həyatını itirib - Əfqanıstanda

Əfqanıstan rəmiləri bildirir ki,  ölkənin şimalında  uzaq bölgələrdə havanın həddən artıq soyuması və qarın yağmasına görə  5 yaşından aşağı 27 uşaq tələf olub. 
 
Maide.Az xəbər verir ki, Əfqanıstanın  Cuzcan əyalətinin şimalında  Dərzab bölgəsində qarın hündürlüyü 50 santimetrə çatıb.  Bu bir çox kəndlərə  gediş-gəlişi çətinləşdirib və bu kəndlərə tibbi xidmətlərin çatdırılmasına əngəllər yaradıb.   
 
Bəzi bölgələrdə havanın tempuraturu  -10 dərəcəyədək düşüb.  Son 2-3 gün ərzində havanın soyuması nəticəsində 27 uşaq həyatını itirib.  Bunu Cuzcan bölgəsinin  icra başçısı Rza Qəfuri  deyib.
 
O əlavə edib ki,  yolların bağlı olması tələf olan uşaqların sayının artmasına səbəb olacaq. 
 
Qeyd edək ki, hər ik qarın yağması və uçqunlar nəticəsində Əfqanıstanda onlarla insan həyatını itirir.  2015-ci ildə  qar uçqunu nəticəsində Əfqanıstanda 300 nəfər həyatını itirmişdi. 
 

Google+ WhatsApp ok.ru