Qaxda zəlzələ olub

Qaxda zəlzələ olub

İyulun 5-də saat 00:29:56-da Zaqataladan 29 kilometr cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 3, dərinliyi 15 kilometr olub. Zəlzələ hiss olunmayıb.
 

Google+ WhatsApp ok.ru