Qaxda ağır qəza olub, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb 17 Sentyabr 2019 08:43 Hadisə Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı "Mercedes"markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099" markalı avtomobili arxadan vurub. Nəticədə "VAZ"da olan sürücünün anası, 51 yaşlı Bəsti Osmanova və onun nəvəsi 9 yaşlı Nurlan Osmanlı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Qaxda,#ağır,#qəza,#olub,#nənə,#və,#yaşlı,#nəvəsi,#xəsarət,#alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ilk dərs günü məktəbin tavanı çökdü Avtomobil qəzası abonentləri qazsız qoydu