Qayınata gəlinini güllələdikdən sonra başını kəsib

Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ANS PRESS-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev sayta açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.
 
1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açıb. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsib. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Qusar Rayon Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub.
 
Prokurorluqdan həmçinin bildiriblər ki, qətli törədənin guya sərxoş olması barədə deyilənlər yalandır: "Amaxan Nəzərovu tanıyanlar onun spirtli içki aludəçisi olmadığını deyirlər və o, təslim olarkən sərxoş olmayıb".
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb.
 
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb. /

Google+ WhatsApp ok.ru