Qazancın yarıdan çoxu ərzağa xərclənir

Qazancın yarıdan çoxu ərzağa xərclənir

2017-ci ilin yanvar-aprel aylarında ölkənin pərakəndə ticarət şəbəkələrində 10.2 milyard manatlıq məhsul satılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6%-ni (5 mlrd. 161 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni (5 mlrd. 39 mln. manat) qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.
 
Bəhs edilən dövrdə əhalinin hər nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263.5 manat olub.
 
Ticarət şəbəkəsində bir nəfər orta hesabla hər ay 133.2 manatlıq ərzaq məhsulları, tütün və içki alıb. 130.3 manat isə qeyri-ərzaq mallarına gedib.
 

 

Google+ WhatsApp ok.ru