Qazağıstan Ramazan ayını geniş bayram tədbiri ilə qarşılayacaq

İyunun 4-də Qazaxıstanın paytaxtı Astanada müqəddəs Ramazan ayının gəlişi ilə geniş bayram tədbiri keçiriləcək.  
 
Maide.Az xəbər verir ki,  tədbir  Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə "Berekelі Ramazan" (Lütf dolu Ramazan) adı altında baş tutacaq. 
 
Astana sakinlərini mübarək Ramazan ayının gəlişi münasibətilə tanınmış şairlər və aktyorlar təbrik edəcəklər. 
Həmçinin bayram gecəsində "Beş sütun və Yetişdirmə hekayələri" adı altında təşkil olunmuş müsabiqənin qalibləridə müəyyən olacaqlar. 
 
Qeyd edək ki, müsabiqəyə Qazaxıstanın bütün regionlarından 434 şair qoşulub. /

Google+ WhatsApp ok.ru