Qazaxıstanda Ramazan ayında yas yerlərində günorta yeməyinin verilməməsinə çağırış

Qazaxıstanda Ramazan ayında yas yerlərində günorta yeməyinin verilməməsinə çağırış

Qərbi-Qazaxıstan vilayətinin baş imamı ictimai-iaşə məkanı sahiblərindən Ramazan ayında gündüz saatlarında yas yerlərində günorta yeməyi verməmələrini xahiş edib.

Vilayətin baş imamı Ruslan Sultanov qarşıdan gələn Ramazan ayı ilə bağlı ictimaiyyətə müraciət  edib  və bildirib:  "Biz bütün restoran və kafe sahiblərini anlayışla yanaşmağa, müqəddəs Ramazan ayında gündüz saatlarında yas yerlərində günorta yeməyi verməməyə çağırırıq. Əgər Allah Quranda bizə oruc tutmağı əmr edibsə, o zaman bizlər günorta yeməyi zamanı Qurana necə zidd çıxa və hüzr mərasimi ilə bağlı yemək verə bilərik?”
 
Ruslan Sultanov sahibkarlardan ruhaniləri dəstəkləmələrini və müştərilərinə süfrənin toy deyil, yası xatırlatmalı olduğunu diqqətlərinə çatdırmalarını də xahiş edib.(iqna)
 

Google+ WhatsApp ok.ru