Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
 
Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:12 qeydə alınıb.
 
Bildirilir ki, saat 05:07-də Almatıdan 145 kilometr şimal-şərqdə 5,4 bal gücündə zəlzələ olub. Jarkent şəhərində MSK-64 şkalası üzrə 5 bal gücündə yeraltı təkanlar hiss olunub. Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss olunub.
 
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
 

Google+ WhatsApp ok.ru