Qazaxıstanda torpaq xarici vətəndaşlara satılmayacaq - prezident

Qazaxıstanda torpaq xarici vətəndaşlara satılmayacaq - prezident

Qazaxıstanda torpaq xarici vətəndaşlara satılmayacaq.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qostanay əyalətində kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə görüş zamanı deyib.

"Torpaq məsələsinə gəldikdə, mən hesab edirəm ki, torpaq onunla işləyənlərə aid olmalıdır. İkincisi, torpaq xaricilərə satılmayacaq. Bu, mənim prinsipial mövqeyimdir ", - deyə Tokayev bildirib.

2016-cı ildə Qazaxıstanda torpaqların xarici vətəndaşlara icarəyə verilməsinin müddətinin  artırılmasını nəzərdə tutan Torpaq Məcəlləsinin normalarının müzakirəsi əhalinin etirazları ilə nəticələnmişdir.

Google+ WhatsApp ok.ru