Qazaxıstanda `yuxu xəstəliyi` qurbanlarının sayı artır

Qazaxıstanın Kalaça kəndinin daha dörd sakini “yuxu xəstəliyi” ilə xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə “Kazakhstan Today” məlumat yayıb.

Bu il yanvarın 5-də Esil rayonunun Kalaça kəndindən “anlaşılmaz etiologiyalı ensefalopatiya” diaqnozu ilə daha 4 sakin rayon xəstəxanasına yerləşdirilib. Bunlar 1940-cı il təvəlllüdlü pensiyaçı qadın, 1956-cı il təvəllüdlü kişi, 1994-cü il təvəllüdlü gənc, 1987-ci il təvəllüdlü qadındır.

KTK telekanalının məlumatına görə, son iki həftə ərzində ümumilikdə 40 nəfər uzunmüddətli (bir neçə günlük) yuxuya gedib. Nə alimlər, nə də məmurlar yuxu xəstəliyinin səbəblərini izah edə bilirlər. Bir neçə komissiya eyni vaxtda Kalaçada tədqiqatlar aparsa da, bu, heç bir nəticə verməyib.

Akmolunsk vilayətinin Səhiyyə İdarəsindən bildiriblər ki, prinsip etibarilə, xəstəlik ilin istənilən fəslində qeydə alınır. Ona görə də bu günədək konkret səbəblər və hansısa xarici amilin konkret təsiri müəyyən edilməyib. /

Google+ WhatsApp ok.ru