Qaz xəbərdarlıq edilmədən kəsilə bilərmi? - Rəsmi

Qaz xəbərdarlıq edilmədən kəsilə bilərmi? - Rəsmi

Qazın xəbərdalıq olunmadan kəsilməsində heç bir qayda pozuntusu yoxdur.
 
Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Qaz İstehsalat İdarəsinin keçmiş birinci müavini, ekspert Nüsrət Qasımov qazın xəbərdarlıq edilmədən kəsilməsi və sonradan buraxılması nəticəsində ölüm hallarının baş verməsinə münasibət bildirərkən deyib. O bildirib ki, qazdan istifadə qaydalarına görə, qazın kəsilməsi ilə bağlı əhaliyə heç bir məlumat verilmir:
 
"Burada əsas məsuliyyət əhalinin üzərinə düşür. Qaz yanan otağa daima nəzarət olmalıdır. Əhali birmənalı şəkildə bilməlidir ki, qazı yanılı qoyub yatmaq, evdən çıxmaq, seriallara baxmaq olmaz. Yeni tikilmiş evlərin mövcud xətlərə qoşulması və təmir işləri ilə əlaqədər qazın verilməsində hər hansı problem yaranarsa, yalnız bu halda əhaliyə KİV vasitəsilə xəbərdarlıq olunur.
 
Qazdan ölüm faktlarının 99,9%-i vanna otaqlarında baş verir. Demək olar ki, Azərbaycanda 30-40 ildir tüstü bacaları təmizlənmir. Halbuki hər il qış mövsümü ərəfəsində bacalar təmizlənməlidir. Hazırda bunun məsuliyyətini daşıyan heç bir qurum yoxdur. Bəzən isə ailələr guya qonşudan gələ biləcək həşəratlardan qorunmaq məqsədilə ventilyasiya kanallarını bağlayırlar. Nəzərə alaq ki, ventilyasiya ilə bir saatda otağın havası 3 dəfəyədək dəyişir vu onun bağlanması ilə insanlar həyatlarını təhlükəyə atmış olurlar”. /

Google+ WhatsApp ok.ru