Qüdsdə sionist polisi ilə Fələstinlilər arasında qarşıdurma

Maide.az xəbər verir ki, Qüdsdə bir Fələstinlinin sürücü işlədiyi avtobusda cəsədinin tapılmasından sonra Şərqi Qüdsün Turra, Ayzəriyyə, Əbu Dis və Ras əl-Amud bölgələrində İsrail rejiminin polisi ilə fələstinlilər arasında qarşıdurmalar olub.
 
Şahidlərin bildirdiyinə görə, Fələstinli Həsən Yusuf Ramuninin İsrailə məxsus avtobusda ölü tapılmasından sonra Qüdsün müxtəlif bölgələrində toplaşan fələstinlilər buna etiraz ediblər. Sionist polislər fələstinlilərə qarşı plastik güllə və gözyaşardıcı qazdan istifadə edib.
 
Həmçinin Fəth, Həmas, Fələstin Azadlıq Xalq Cəbhəsi və Fələstin Demokratik Qurtuluş Cəbhəsinin yəhudi məskunlaşmaçıları günahkar bildikləri hadisəyə etiraz məqsədi ilə ümummilli tətil qərarı açıqlayıblar.
 
Qeyd edək ki, İsrailin bir avtobus firmasında sürücü işləyən fələstinli Həsən Yusuf ər-Ramuni dünən avtobusda boyundan asımış halda ölü tapılıb. İsrail rejiminin polisi isə açıqlamasında hadisəni ''intihar'' kimi dəyərləndirib. Amma Ramuninin Fələstin mediasında nəşr olunan fotoşəkillərində üz, kürək və ayaq qisimində zorakılıq izlərinin olduğu görünür.

Google+ WhatsApp ok.ru