Qüdsdəki intifada ilə həmrəylik mitinqinin qarşısı alınıb

Bəhreyn DİN yenə də əsassız ittihamlarla çıxış edərək İranı bu ölkənin daxili işlərinə qarışmaq və Bəhreyndə sabitliyi pozmağa cəhd etməkdə günahlandırıb.
Maide.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi bəyanat yayaraq iddia edib ki, bu ölkənin 47 vətəndaşını İranla əlaqəsi olan terror qruplaşması yaratmaqda təqsirli bilərək həbs edib.
Digər tərəfdən, Bəhreyn məhkəməsi ölkənin 5 vətəndaşını “İranla əməkdaşlığa görə” ömürlük həbs cəzasına məhkum edərək, onların vətəndaşlığını ləğv edib.
Məhkəmə həmin şəxsləri “İrana casusluq etməkdə” və Bəhreyn ərazisində “hərbi əməliyyatlar” aparmaq üçün bu ölkə ilə əməkdaşlıq etdikləri üçün mühakimə edib.
Bu gün məhkəmə iclasında iştirak edən iki müttəhim ittihamları rədd edərək bildiriblər ki, bu etiraflar işkəncə verilərək onlardan alınıb. Daha üç nəfərə qarşı isə qiyabi hökm çıxarılıb.
Xəlifə Bəhreyndə “Fələstin intifadası” tərəfdarlarına da aksiya keçirməyə icazə verməyib.
Daha bir xəbərdə deyilir ki, hakim rejimin rəsmiləri ölkədəki BMT ofisinin qarşısındda dinc aksiya keçirilməsinə icazə verməyəcəklər.
Bəhreyn siyasi qrupları, o cümlədən Əl-Vefaq, Vəd, Əl-Təcəmmo əl-Qəumi, Əl-Mənbər əl-Təqəddomi, və Əl-Əxa təşkilatları bəyanat yayaraq, "Bu addım Bəhreyndə minimal söz azadlığının belə olmamasını göstərir" deyə bildiriblər. /

Google+ WhatsApp ok.ru