Qüdsdə partlayış

Qüdsün şimalında sionist rejimin hərbi mərkəzinin yaxınlığında bomba partlayıb.

Maide.Az Livanın əl-Məyadin informasiya kanalına istinadən xəbər verir ki, çərşənbə axşamı Qüdsün şimalında, Həzma kəndi yaxınlığında İsrail hərbçilərinin bir patrul maşınının hərəkət etdiyi yolda bomba partladılıb.

Partlayışda bir İsrail hərbçisinin yaralandığı bildirilir. İsrail mediaları hadisənin baş verdiyi yerdə daha iki bombanın aşkar edildiyindən xəbər veriblər. 

Son vaxtlar işğal altında olan Fələstin əraziləri zaman-zaman hücumlara məruz qalır. Bu da sionistlər arasında qorxu hissinə səbəb olur. /

Google+ WhatsApp ok.ru