Qiymətlər 2017-də 9,5 faiz artacaq

2016-cı ildə Azərbaycanda 3 faizlik iqtisadi geriləmə proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun hazırladığı “World Economic Outlook”hesabatında belə deyilir.
 
Report-un xəbərinə görə, fond 2015-ci ildə ümumi daxili məhsulun 1,1 faiz artdığını qeyd edir. 2017-ci ildə isə bu göstəricinin 1 faiz civarında artacağını proqnozlaşdırır.
 
Beynəlxalq Valyuta Fondu qeyd edib ki, 2015-ci ildə istehlak qiymətləri 4 faiz artıb. Bu göstərici 2016-cı ildə 12,8 faiz, 2017-ci ildə isə 9,5 faiz olacaq.
 
Aprelin 9-da Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev qeyd etmişdi ki, bu ilin birinci rübündə ümumi daxili məhsulun həcimi azalıb.

Google+ WhatsApp ok.ru