Qılıcdaroğlu: 'Ərdoğanın bölgədəki bütün işləri Vaşinqtonun planları üçündür'

Qılıcdaroğlu: 'Ərdoğanın bölgədəki bütün işləri Vaşinqtonun planları üçündür'

Türkiyənin müxalifət partiyası CHP-nin sədri Kamal  Qılıcdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanın Suriyadakı terror təşkilatlarına dəstəkləməsi ilə ABŞ-ın BOP (Böyük Yaxın Şərq Layihəsi) deyilən planlarının çərçivəsində Suriyadakı böhran üzrə məsulu olduğunu vurğulayıb.

 
Deyerler.org SANA-ya istinadən xəbər verir ki, partiyasının iclasında danışan  Qılıcdaroğlu, belə deyib: "Ərdoğan ABŞ-ın məngənəsidir və Suriya və bölgədə etdiklərinin hamısı Vaşinqtonun planları üçündür".
 
 Qılıcdaroğlu Ərdoğanın terrorçuları maliyyələşdirmək, maarifləndirmək və silahlandırmaq üçün əməkdaşlıq etdiyini bildirib.
 
CHP sədri Ərdoğanın Moskvada Suriyanın ərazi bütövlüyü və suverenliyini tanısa da, bütün terror növləri ilə mübarizə öhdəliyini götürsə də, İdlibdəki terrorçuları dəstəkləməyə davam edərək yalan danışma siyasətini apardığını qeyd edib.

 

Google+ WhatsApp ok.ru