Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

“Cisco” şirkətinin proqnozlarına görə, bu il qlobal internet trafikinin həcmi 1 zettabayt (1 milyard terrabayt) təşkil edəcək.
 
Maide.az xəbər verir ki, 2019-cu ildə bu göstərici 2 zettabayta yaxınlaşacaq və adambaşına düşən internet istehlakı isə 18 qeqabayt (2014-cü ildə bu göstərici 6 qeqabayt təşkil edib) olacaq. Ekspertlər ötürülən informasiyanın həcminin belə kəskin artımını mobil qurğuların populyarlığı ilə izah edirlər.
 
Şirkətin rəsmisi bildirib ki, 2019-cu ildə fərdi kompyuterlər ümumi verilənlər axınının yarısından az hissəsini generasiya edəcək. Halbuki 2014-cü ildə bu göstərici 60 faizə bərabər olub. Bu, həmçinin internetə qoşulma növlərinə öz təsirini göstərəcək, internet trafikinin 66 faizi “Wi-Fi” və digər simsiz şəbəkə üzərindən ötürüləcək.
 
2014-2019-cu illərdə Afrika və Yaxın Şərqdə internet trafikinin həcmi illik 44 faiz artacaq. Mərkəzi və Şərqi Avropada isə müvafiq göstərici 33 faiz təşkil edəcək.
 
 

Google+ WhatsApp ok.ru